Heqiqet.Az » yazarlar » Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq


Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

9-02-2017, 11:01
Çap et
Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb.
Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib.
Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada “idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda “idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, “bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.
Reytinq: