Heqiqet.Az » dunya » Rusiya MN İŞİD-in Palmirada tarixi abidələri məhv etməsi ilə bağlı görüntü yayıb


Rusiya MN İŞİD-in Palmirada tarixi abidələri məhv etməsi ilə bağlı görüntü yayıb

13-02-2017, 18:15
Çap et
Rusiya MN İŞİD-in Palmirada tarixi abidələri məhv etməsi ilə bağlı görüntü yayıb Rusiya Müdafiə Nazirliyi Suriyanın Palmira şəhərində İŞİD-in tarixi abidələri məhv etməsi ilə bağlı görüntü yayıb.
Rusiya MN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüntülərdə terrorçuların Palmirada yerləşən, bizim eranın 270-ci ilində tikilən qədim Roma teatrının mərkəzi hissəsini və sütunlarını partlatdıqları açıq-aydın görünür.
“Rusiya pilotsuz uçuş aparatının fevralın 5-də əldə etdiyi görüntülərdə Suriyanın Palmira şəhərində İŞİD terrorçuları tərəfindən barbarlıq aktının həyata keçirilməsi və qədim şəhərin əsas tarixi abidəsinin məhv edilməsi qeydə alınıb. Bundan başqa, pilotsuz uçuş aparatı terrorçuların yük avtomobillərinin hərəkətinin Palmirada aktivləşdiyini də qeydə alıb. Bu, İŞİD terrorçularının daha çox partlayıcılardan istifadə edərək qədim memarlıq abidələrini məhv etmək niyyətində olduğunu göstərir”, - deyə Rusiya MN-nin məlumatında bildirilib.
Qeyd edək ki, ötən il Rusiya Hərbi Kosmik Qüvvələrinin səyi nəticəsində Palmira şəhəri terrorçulardan azad edilmişdi. Bundan sonra Rusiya tərəfindən Palmiraya ekspedisiyalar təşkil olunmuşdu. Lakin ötən ilin sonundan şəhər yenidən terrorçuların nəzarətinə keçib.


Reytinq: