Malena Mard: Yeni saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək14-02-2017, 11:32
Çap et Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı tvinninq layihəsinin açılış mərasimində deyib. O qeyd edib ki, Aİ tvinninq layihəsi üzrə 2007-ci ildən etibarən 47 layihə həyata keçirib: "İlin sonuna kimi bu, 50-yə çatdırılacaq. Hazırkı layihəmizin büdcəsi 1,2 milyon avrodur və iki il davam edəcək. Dövlət qulluğu davamlı inkişaf tələb edir". Səfir Azərbaycan və Aİ arasında imzalanacağı gözlənilən sazişə də toxunub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı yeni saziş üzrə danışıqların başladığını xatırladıb. M.Mardın sözlərinə görə, bu saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
