Generalların tarixi görüş yeri niyə Bakı oldu?16-02-2017, 12:27
Çap et ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun görüşü üçün niyə məhz Bakının seçilməsinin səbəbi məlum olub. “Nyu York Times" qəzetinin verdiyi məlumata görə, görüş yerinin seçimi asan olmayıb. Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazır ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. V. Gerasimovun Ukraynadakı hərbi müdaxilənin əsas fiqurlarından olduğu iddia edilir, sanksiya da bu səbəbdən tətbiq olunub. Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib. Qeyd edək ki, bu, C. Danford və V. Gerasimov arasında ilk görüşdür. Bundan əvvəl onlar bir dəfə telefonla danışıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
