Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlanıb17-02-2017, 11:24
Çap et Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin verdiyi məlumata görə, keçən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. “Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10% artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib. Bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 mln. manat və ya 11,6% çox olub. Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Prezidentinin təqaüdünün və Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1 300 manata çatdırılıb”, - deyə E.Babayev vurğulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
