Ekspert: Hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var17-02-2017, 14:46
Çap et Bu təkliflə Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev bu gün Milli Məclisdə media rəhbərləri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər öz əksini tapa bilər: “Hazırda hər hansı elektron, yazılı və ya televiziya jurnalistinin hərbi sahəyə göndərilməsinin özü təhlükəli prosesdir. Çünki orada istənilən hadisə baş verə bilər”. A.Nağıyev bildirib ki, jurnalistlərin bu məsələlərdən sığortalanması, senzuraya məruz qalan ərazilərdə onların nə ilə üzləşməsi qanunla tənzimlənməlidir: “Son vaxtlar dünyanın hər yerində həlak olan jurnalistlərin bir çoxu məhz hərbi jurnalistika ilə bağlıdır. Bu baxımdan, hərbi jurnalistika sahəsində qanun layihəsinun hazırlanmasına ehtiyac var”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
