Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkiblər21-02-2017, 11:10
Çap et Ali Məclis sədrinin birinci müavini və onun müşayiət edən rəsmilər - Naxçıvan MR-in səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quiyev İğdır dövlət xəstəxanasında müalicə olunan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə maraqlanıblar. Qəza nəticəsində dünyasını dəyişən 5 azərbaycanlıdan 3-nün şəxsiyyəti dəqiqləşib. Bunlar Fərhad Fərhadlı, Süleyman Əliyev və Zivər Səfərovadır. Xatırladaq ki, fevralın 20-si səhər saatlarında İğdır-Naxçıvan yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5-i, yaralılardan isə 26-sı Azərbaycan vətəndaşıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
