Demo Sayt » sosial » Havanın soyuması gözlənilmir


Havanın soyuması gözlənilmir

23-02-2017, 11:23
Çap et
Havanın soyuması gözlənilmir “Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti iki gün davam edəcək”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Yəni, yaxın iki gündə yağmurlu hava şəraiti müşahidə olunmayacaq. Temperatur rejimində dəyişiklik olmayacaq, havanın soyuması gözlənilmir”.
Reytinq: