İki bacının öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR23-02-2017, 11:33
Çap et Kəpəz rayonu Abdulla Sur küçəsində yaşayan 78 yaşlı Rəna Nəbiyeva və bacısı 57 yaşlı Zəhra Abdullayevanın evi qızdırmaq üçün quraşdırılmış qaz sobasının mənzilə sızdırdığı dəm qazından boğularaq öldüyü dəqiqləşib. Yaxınları bildiriblər ki, ailədə 10 bacı-qardaşdan ikisi olan Rəna və Zəhra vaxtıilə ailə həyatı qursalar da, övladları olmayıb. Z.Abdullayeva bir neçə il əvvəl həyat yoldaşı vəfat etdikdən sonra xəstə bacısına baxmaq üçün Qazaxdan Gəncəyə köçüb. Dünən onların evinə gələn əmisi oğlu bacıların qapının döyülməsinə reaksiya vermədiyini gördükdə polisə məlumat verib. Məlum olub ki, hər iki qadın qazdan boğularaq ölüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
