MN: Təxribat törətmək istəyən düşmən görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilib24-02-2017, 11:12
Çap et Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, gecə saatlarında ön xətdəki bölmələrimizi yoxlayarkən, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənin kəşfiyyat-diversiya qrupunun Talış və Gülüstan istiqamətlərində təxribat törətmək cəhdlərini müşahidə vasitələri ilə izləyib. Yerində verilən tapşırıqlar və dərhal görülən tədbirlər nəticəsində düşmən geri çəkilməyə məcbur edilib. Talış kəndini, ətraf əraziləri nəzarətdə saxlayan mövqelərdə, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi istiqamətində yerləşən bölmələrdə olan nazirliyin rəhbərliyi düşmənin ön xətt mövqelərini müşahidə edib. İşğaldan azad edilmiş ərazilərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, həmçinin hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim etdikdən sonra nazirliyin rəhbər heyəti süfrə arxasında əsgərlərlə söhbət edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
