Azərbaycan prezidenti Xocalı abidəsini ziyarət edib27-02-2017, 11:06
Çap et Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından Xocalı abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb. Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər. Anma mərasiminin iştirakçıları abidənin önünə güllər düzüblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
