Bu il hansı qruplar üzrə abituriyentlər iki dəfə imtahan verə biləcək? - RƏSMİ28-02-2017, 17:41
Çap et Prezident İlham Əliyevin 24 fevral tarixli “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı gənclərin təhsil almağına və imtahanda iştirakına ciddi təsir göstərəcək.Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib. M.Abbaszadə bildirib ki, bu sərəncam təxminən 70 min gənci əhatə edəcək: "Ötən ilə əsasən bu rəqəmi səsləndiririk. Ola bilsin ki, bu il rəqəmdə azalma və ya artma müşahidə olunsun. Bu sərəncama görə bu il ilk dəfə qəbul imtahanlarında (istər orta ixtisas təhsili, istərsə də ali təhsil müəssisələrinə) iştirak üçün ərizə verən gənclərin imtahan ödənişi dövlət tərəfindən ödəniləcək”. M.Abbaszadə deyib ki, elə adamlar var, 2-3 il ard-arda qəbul imtahanlarında iştirak edir və onların imtahan ödənişləri özləri tərəfindən ödənməlidir. DİM sədri qeyd edib ki, bu il abituriyentlərə I-IV qruplar üzrə iki dəfə imtahan vermək şansı yaradılıb və gələcəkdə bu imtahanları 3-4 dəfə təşkil etmək imkanları da olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Prezident İlham Əliyevin 24 fevral tarixli “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı gənclərin təhsil almağına və imtahanda iştirakına ciddi təsir göstərəcək.