Xərçəng şişini qocaltmağın yolu tapılıb - Alimlərdən yeni nailiyyət1-03-2017, 10:27
Çap et Con Hopkins Universitetinin alimləri xərçəng şişi ilə mübarizə aparmağın yolunu tapıblar. Onlar bədxassəli hüceyrələrin yaşlanmasının qarşısını alan telomeraza fermentinin aktivliyini azaltmaqla buna nail olublar."Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə universitetin araşdırmasında bildirilir. Telomerlər xromosomların genləri zədələnmədən qoruyan uc sahədir. Eksperimentin birinci mərhələsində tədqiqatçılar telomerazanın tənzimlənməsində iştirak edən genlərin axtarışını həyata keçiriblər. İkinci mərhələdə isə müəyyən edilmiş genlər siçanların fibroblastlarına yerləşdirilib. Bu halda hansı DNT-nin telomerin uzanmasına səbəb olduğunu müəyyən edərək müvafiq inhibitorlardan (prosesin hərəkətini dayandıran məhlul - red.) istifadə ediblər. Bioloqların sözlərinə görə, hazırda bu birləşmələr sümük iliyi xərçənginin, o cümlədən limfoma və çoxsaylı mielomun müalicəsində sınaqdan keçirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Con Hopkins Universitetinin alimləri xərçəng şişi ilə mübarizə aparmağın yolunu tapıblar. Onlar bədxassəli hüceyrələrin yaşlanmasının qarşısını alan telomeraza fermentinin aktivliyini azaltmaqla buna nail olublar.