"Ebola"a qurbanlarının sayı 11 mini keçdi25-06-2015, 18:46
Çap et Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir. Iyunun 16-dan etibarən Qərbi Afrikada 38 nəfər ölümcül virusun qurbanı olub, xəstəliyə 134 yeni yoluxma halları qeydə alınıb. Epidemiya başlanandan Qvineya, Liberiya və Syerra-Leonedə 27 443 yoluxma, 11 207 ölüm halı qeydə alınıb. Liberiyada 10 666 yoluxma və 4 806 ölüm halı qeydə alınıb. Qeyd edək ki, mayın 9-da Ümumdünya Səhiyyə Təşkilatı Liberiyanı virusdan tam azad olduğunu elan edilib. Lakin Qvineyada və Syerra Leonedə xəstəlik tügyan etməkdə davam edir. Sierra-Leonedə xəstəliyə 13 059 nəfər yoluxub, 3 928 nəfər ölüb, Qvineyada 3 718 nəfər xəstələnib, 2 473 nəfər həyatını itirib. Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
