“Kimə deyirsən de, sənədlər saxtadır” - Şamaxı sakinləri evlərində rahat otura bilmirlər - VİDEO9-06-2017, 16:05
Çap et ARB TV xəbər verir ki, səbəb evlərinin sürüşmə zonasında yerləşməsidir. Salavat Zülfüqarov – Şamaxı sakini: “Bankın pulu, çekimiz, memarlıq şöbəsinin rəyi, alqı-satqı müqaviləsi və bələdiyyənin qərarı”. Bütün sənədləri yerindədir, təkcə torpağından başqa. Şamaxı sakini Salavat Zülfüqarovun evi sürüşmə zonasında yerləşdiyindən daim təhlükə ilə üz-üzədir. 2007-ci ildə ev tikməq məqsədi ilə aldığı torpaq sahəsində sonradan aktivləşən sürüşmə çəkdiyi əziyyəti də, xərci də hədər edib. Deyir ki, torpaq alanda ona bu ərazinin sürüşmə zonası olduğu ilə bağlı məlumat verilməyib. İndi də hansı qruma müraciət edirsə, eyni cavabı eşidir. Salavat Zülfüqarov – Şamaxı sakini: "Torpağı Şamaxı rayon bələdiyyəsindən almışıq. 5-ci gündə bələdiyyənin qəbulunda olmuşam. Onun deməsindən elə çıxır ki, torpağ məndən alanda orada sürüşmə yox idi, mən də satmışam". Pəsər Orucov isə ev tikməyə başlayanda ərazinin sürüşmə zonası olduğunu bilib, amma yenə də işləri davam etdirib. Pəsər Orucov – Şamaxı sakini: “Tikirdim, deyirdilər ki, bu ev sürüşmə zonasındadır, mən də dayanmadım. Şamaxı rayon bələdiyyəsinin qəbulunda olmuşam, demişəm ki, sürüşüb gedir. Dedi ki, mən satanda ele deyildi. Deyirəm bəs axırı necə olacaq? Deyir ki, get kimə deyirsən de. Sənədləri göstərirəm, deyir ki, saxtadır”. Ekspertlər xəbədarlıq edir: vətəndaş əziyyətinin və xərcinin hədər getməsini istəmirsə, sənədləşmə işlərinə diqqətlə yanaşmalıdır. Bu gün bənzər problemlə üzləşənlər kifayət qədərdir. Baxmayaraq ki, Nazirlər Kabinetinin mühafizə olunan ərazilərlə bağlı xüsusi qaydaları var - ölkədə dəmiryolları, avtomobil yolları, elektrik xətləri, su hövzələri, çaylar, kanallar, neft və maye qaz kəmərlərindən müəyyən məsafələrdə ev tikmək olmaz. İnsanlar bu informasiyalar barəsində məlumatlı olmadıqlarından və ya bilərəkdən qanunu pozurlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:17
Beynəlxalq forumdaHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
