Demo Sayt » sosial » Şamaxı-Qızmeydan yolunun çökən hissəsi bərpa olundu


Şamaxı-Qızmeydan yolunun çökən hissəsi bərpa olundu

19-12-2016, 11:31
Çap et
Şamaxı-Qızmeydan yolunun çökən hissəsi bərpa olundu Dekabrın 6-da Şamaxı-Qızmeydan avtomobil yolunda baş verən sürüşmə nəticəsində çökən yol bərpa olunub.
Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, "Azəravtoyol" əməkdaşları yolun çökən hissəsini bərpa edib və yolda avtmobillərin təhlükəsiz hərəkətinə şərait yaradılıb:
"Lakin həmin ərazi sürüşmə zonası olduğundan sürüşmənin qarşısının birdəfəlik alınması üçün əsaslı bərpa işləri aparılmalıdır. Bunun üçün ərazidə əsaslı bərpa işlərinə başlanılıb".
Xatırladaq ki, dekabrın 6-da baş verən sürüşmə nəticəsində adıçəkilən yolun 10 metrdən artıq hissəsi çökmüşdü. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirmişdi.
Reytinq: