Demo Sayt » » Baş Prokurorluq 40 minlik korrupsiya ilə bağlı məlumat yaydı


Baş Prokurorluq 40 minlik korrupsiya ilə bağlı məlumat yaydı

28-09-2015, 18:21
Çap et
Baş Prokurorluq 40 minlik korrupsiya ilə bağlı məlumat yaydı Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
“Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla filialın sabiq müdiri Nərminə Dərgahzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bankın elektron sənəd hesabatlarına yanlış məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə Gəncə şəhər sakininin adına rəsmiləşdirilmiş 40.0 min ABŞ dolları məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Reytinq: