Araşdırma: “Ağıllı” telefonlar və tabletlər seksual həyata mənfi təsir göstərir13-11-2015, 19:34
Çap et Müasir dövrdə insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilən “ağıllı” telefonlar və tabletlər ailədaxili münasibətlərə də təsir göstərir.Aparılan araşdırmalar libido və romantizmin düşməni olan “ağıllı” cihazların seksual həyata mənfi təsir göstərdiyini ortaya qoyub. Hollandiyada “Maurice de Hond” araşdırma şirkətinin tədqiqatına əsasən hər 3 nəfərdən biri ağıllı telefon və ya tabletlərin həyatlarına daxil olmasından sonra cinsi aktivliyinin azaldığını bildirib. Araşdırma göstərib ki, hollandiyalıların 60%-i yatağa smartfonla girir. 25-34 yaş arası hollandiyalıların yarısı telefonlarının yataq otaqlarında yer almasından bəri cinsi istəklərinin azaldığını deyib. Araşdırmanın nəticələrini “Telegraaf” qəzetinə şərh edən seksopatoloq Biansa van Morst eyni problemin televizorların yataq otaqlarında yer almasından sonra da yaşandığını vurğulayıb. O, müraciət edən pasiyentlərin telefonların onların həyatını idarə etməsi fikrinə sahib olduqlarını söyləyib: “Amma yetkin insanlar əşyanın sahibidir, əşya onların sahibi deyil”. Mütəxəssis bu problemlə üzləşən cütlüklərə digital cihazlardan uzaq bir axşam keçirmələrini təklif edir. Biansa van Morstun fikrincə, belə bir axşam mütləq sekslə yekunlaşmaya da bilər, sadəcə olaraq, cütlüklərin məcburiyyət nəticəsində deyil, təbii olaraq birgə məşğuliyyət tapmaları önəmlidir. Yuxu mütəxəssisi Hansa Hamburger isə “ağıllı” telefon və planşetlərin insanların yuxu düzəninə də neqativ təsir göstərdiyini qeyd edib. O bildirib ki, yatağa girmədən azı 2 saat əvvəl telefon və ya tabletlərə baxmağa son qoyulmalıdır. H. Hamburger ekran işığının melatonin hormonunun qarşısını aldığına diqqət çəkib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Müasir dövrdə insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilən “ağıllı” telefonlar və tabletlər ailədaxili münasibətlərə də təsir göstərir.