25 ton yararsız ətin aşkarlanması ilə bağlı rəsmi açıqlama2-12-2015, 09:56
Çap et Məlumata görə, reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda 30 noyabr 2015-ci il tarixdə gecə saat 11-12 radələrində Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mersedes” markalı yük avtomaşını saxlanılıb. Heyvan cəmdəklərinə baxış keçirilən zaman heç bir müşayiətedici baytarlıq və digər sənədlərinin olmadığı müəyyən edilib. Avtomobil sürücüsünün və yükü müşayiət edən şəxsin izahatlarına görə yük avtomobilindəki heyvan cəmdəkləri Bərdə şəhəri S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxsusdur. Novruzov Seyfəddin Vəliyəddin oğlunun həyətində ona məxsus dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kameralara 1 dekabr 2015-ci il tarixdə baxış keçirilib və 20 tondan yuxarı mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib. Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təhvil verilib. Laborator müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Qanun pozuntuları aşkar olunarsa ciddi inzibati tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndəriləcək. Bu kimi tədbirlər respublikanın bütün rayonlarında davam etdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
