Demo Sayt » » Səbail rayonunda masaj salonları adı altında pritonlara nə vaxt son qoyulacaq?


Səbail rayonunda masaj salonları adı altında pritonlara nə vaxt son qoyulacaq?

2-06-2015, 15:39
Çap et
Səbail rayonunda masaj salonları adı altında pritonlara nə vaxt son qoyulacaq? Səbail rayon ərazisində pritonların, masaj salonları adı altında sözün əsl mənasında faişəxanalığın fəaliyyət göstərməsi ilə bağlı söz-söhbətlər gəzir. Araşdırma apardığımız zaman İslam Səfərli 18-24, Talıblı 136 küçəsinin kəsişdiyi ünvanda eyni adama məxsus masaj salonu adı altında “Elit”, “Aristokrat”, “Centelemen” faişəxanalar fəaliyyət göstərir.
Biz həmin ünvanda gecə saat 2 -3 radələrində olduq. Düzü gözlərimizə inanmadıq. Bakı şəhərinin mərkəzində belə bir özbaşınalığın milli dəyərlərimizə zidd olan hərəkətlərin baş verməsinə, hüquq-mühafizə orqanlarının susması doğurdan da inanılmazdır. Aldığımız məlumata görə həmin obyektlərin sahibi Yasin adlı bir şəxsdir. Deyilənə görə Yasin bəy həmin obyektlərin yaxınlığında yaşayır. Yaşadığı evin yaxınlığında əxlaqsız yuvasının fəaliyyət göstərməsi yəqin ki, heç kimə xoş gəlməz...
Heqiqet.az olaraq bildirmək istəyirik ki, qeyd edilən pritonların fəaliyyəti araşdırılmalıdır. Və inanırıq ki, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən saytda yayımlanan tənqidi məqaləyə reaksiya veriləcək.
Araşdırmalarımız davam edir..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Reytinq: