Əməliyyat masasında ölən Vüsalənin həkimi: "Hər şey ildırım sürəti ilə oldu"13-01-2017, 11:12
Çap et Heqiqet.az Lent.az-a istinadən xəbər verir ki, Məmmədovanı əməliyyat edən cərrah Anar Mehdiyev bildirib ki, əməliyyatdan əvvəl bütün analizlər götürülüb: “Vüsalə Məmmədova qasıq yırtığının əməliyyatından əvvəl bütün analizləri verib. Onun arteriya damarlarında laxtalanma var idi və bununla bağlı da lazımı profilaktika da həyata keçirilmişdi. Əməliyyat özü də elə ağır əməliyyat deyildi, qısa zaman ərzində həyata keçirilən əməliyyat idi. Amma hələ də bizə qaranlıq olan səbəblərdən tromboemboliya baş verdi və trombların qalxması nəticəsində xəstənin ürəyində problem yarandı. Hər şey ildırım sürəti ilə baş verdi”. Cərrah əlavə edib ki, əməliyyat zamanı hər hansı qanaxma baş verməyib və ölüm faktılnın səbəbi ekspertizanın rəyi nəticəsində dəqiqləşəcək. Qeyd edək ki. V.Məmmədovanın ailəsi onun həkim səhlənkarlığının qurbanı olduğunu bildirib. Mərhumun həyat yoldaşı deyib ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
