Demo Sayt » » Gündüz yatanların nitqi daha səlis olur - ARAŞDIRMA


Gündüz yatanların nitqi daha səlis olur - ARAŞDIRMA

15-02-2017, 11:32
Çap et
Gündüz yatanların nitqi daha səlis olur - ARAŞDIRMA Uşaqların gündüz yuxusu nitqin inkişafına müsbət təsir göstərir.
Bunu Amerikanın Arizona Universitetinin əməkdaşları apardıqları araşdırma nəticəsində təsdiqləyib.
40 körpənin iştirakı ilə aparılan tədqiqatda balacalar 2 qrupa ayrılıb. Bir qrup uşaq səhər yeni sözlər öyrənib və bundan sonra dərhal yatıb. İkinci qrupa daxil olan uşaqlar isə səhər məşğələsindən sonra yatmayıb və oyaq qalmağa davam ediblər.
Tezliklə aydın olub ki, məşğələdən sonra dincələn uşaqlar öyrəndiklərini daha tez mənimsəyiblər. Onlar öyrəndikləri sözləri daha tez və səlis ifadə edib, nitqlərində inkişaf diqqətə çarpıb.
Mütəxəssislər belə qənaətə gəliblər ki, uşaqlar sutka ərzində 10–12 saat yatmalıdırlar və gündəlik 8 saatlıq yuxu rejimi balacalar üçün keçərli deyil.
Reytinq: