Demo Sayt » dunya » Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir


Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir

3-04-2017, 10:06
Çap et
Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.
İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%) qabaqlayıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.
Reytinq: