Qırğızıstan prezidentinin qızı sinəsini açdı, qalmaqal qopdu - FOTOLENT13-04-2017, 16:40
Çap et Xarici KİV-lərin məlumatına görə, A.Şaqiyeva uşağını əmizdirərkən çəkilən şəkli sosial şəbəkədə paylaşıb. Bu şəkil isə ölkədə əməlli-başlı səs-küy yaradıb. Hətta onun fotosuna tənqidi şərh yazanlar da olub. Prezidentin kiçik qızı da öz növbəsində ona yazılan rəylərdən birini - “sinəni belə açmaq olmaz, axı siz prezident qızısınız” rəyini xüsusi vurğulayaraq tənqidlərə reaksiya bildirib. O bildirib ki, qadın sinəsi uşağı əmizdirmək kimi vacib funksiyası olan bədənin bir hissəsidir və heç bir halda seksual obyekt deyil: “Şərhlərdə edilən səhvlərdən biri qadın sinəsinin seksuallaşdırılması, ikincisi isə valideynləri yüksək vəzifə tutan insanların diskriminasiyasıdır. Qadın sinəsi uşağı əmizdirmək kimi vacib funksiyası olan bədənin bir hissəsidir və heç bir halda seksual obyekt deyil. Qadın sinəsi çoxlarımızın hesab etdiyi kimi vulqarlıq və ədəbsizlik predmeti deyil. Cəmiyyət sinəni seksuallıq, cəlbedicilik predmetinə çevirir, sonra da plastik həkimlərə müraciət edən qadınları qınayırlar. Cəmiyyət deyir ki, analıq gözəldir, lakin süd verən qadına baxanda “fu, necə də utanmır” deyir. Qəribədir, deyilmi? Burada günahkar yoxdur. Bu, dar çevrədir, hər kəs özündən başlamalıdır, öz düşüncəsindən. Və mən belə də edirəm”. Qeyd edək ki, A.Şaqiyeva dizaynerdir. O, Konstantin adlı Bişkekli tanınmışproqramistlə evlidir və onların oğul övladı martın 22-də dünyaya gəlib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
