Demo Sayt » dunya » Nazarbayev qadınlara qara libası qadağan edir - "Ancaq yasda geyinin"


Nazarbayev qadınlara qara libası qadağan edir - "Ancaq yasda geyinin"

20-04-2017, 10:30
Çap et
Nazarbayev qadınlara qara libası qadağan edir - "Ancaq yasda geyinin" Qazaxıstan prezidenti Nursultan Nazarbayev qeyri-matəm vaxtlarda qara rəngdə paltarların qadağan edilməsinin zəruri olduğunu deyib.
Trend-in məlumatına görə, N.Nazarbayev qazax qadınlarının tamamilə qara rəngdə geyimlər geydiyini deyib. O əlavə edib ki, müsəlman geyimi ilə yox, inancı ilə seçilməlidir.
Qazaxıstan prezidenti bildirib: "Maarifçiliyin zəif olması səbəbindən gənc oğlanlarımız şalvarlarının ətəyini qısa edir, saqqal saxlayırlar. Başdan ayağa qaraya bürünmüş qazax qızların da sayı artır. Bu, nə bizim adətə, nə xalqımza uyğundur. Ona görə bunun qarşısını qanunvericilik səviyyəsində almaq lazımdır. Qazaxlar qara libası ancaq yas mərasimlərində geyinirlər”.
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev gənc oğlanların saqqal saxlamasını qadağan edən qanun layihəsi də təklif edib.
Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib. O gənc oğlanların saqqal saxlaması ilə yanaşı, qısa şalvarlarına və gənc qızların bütünlüklə qaraya bürünməsinə də qarşı çıxıb.
N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur: “ Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir”.
Reytinq: