Demo Sayt » siyaset » Nazarbayev Azərbaycandan Ermənistana gedəcək


Nazarbayev Azərbaycandan Ermənistana gedəcək

11-10-2016, 10:27
Çap et
Nazarbayev Azərbaycandan Ermənistana gedəcək Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N. Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq.
Xatırladaq ki, oktyabrın 12-də Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək.
Reytinq: