Quran kursunda uşağı döyüb öldürdülər - DƏHŞƏT27-04-2017, 14:38
Çap et Müdir müavini tərəfindən döyüldüyü iddia edilən 11 yaşlı uşağın ayaqları kəsildikdən sonra ölüb. Yerli mətbuatda yayılan məlumatlarda qeyd edilir ki, ölən uşaq və daha 14 sinif yoldaşı məktəbdə səs saldıqları üçün şlanqla döyülüblər. Ölən yeniyetmənin gündəliyində son yazdıqları isə yerli mətbuatda aşkara çıxıb. Uşaq gündəliyində məktəbdə bir nəfərin səhvinə görə bütün uşaqların cəzalandırıldığını və sübh namazına çətinliklə durduqları üçün hər dəfə döyüldüklərini qeyd edib. Uşağın daha bir qeydi daha çox diqqət çəkib. Belə ki, o, gündəliyində məktəbdəki sistematik döyülmə mexanizmindən bezdiyini dilə gətirib: “Sevgili Allah, nolar, elə et ki, anam və atam məni başqa məktəbə göndərsinlər. Yoxsa buna artıq dözə bilmirəm”. Bildirilir ki, hadisədə adı hallanan müdir müavini saxlanılıb. Müdir isə bununla bağlı açıqlama verməyi rədd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
