Demo Sayt » dunya » Amerikada milyonçular Trampdan qorxur


Amerikada milyonçular Trampdan qorxur

2-06-2017, 10:35
Çap et
Amerikada milyonçular Trampdan qorxur ABŞ-ın varlı təbəqəsi prezident Donald Trampın ətrafında yaranan qalmaqallar səbəbindən gələcəyə inamla baxmır. Bu barədə "Spectrem Group" şirkəti hesabat hazırlayıb. Hesabatda göstərirlir ki, milyonçuların inam indeksi aprel ayında 17 faiz aşağı düşüb.
Şirkətin araşdırmasında qeyd olunur ki, milyonçu amerikalıların 39%-i maksimum investisiya yatırmaqdan çəkinir. Belə davranışın əsas səbəbi Ağ Evin yeni administrasiyasının yürütdüyü siyasət və yaratdığı qalmaqallarla bağlıdır.
Buna qədər dünyanın ən zəngin iş adamları ABŞ prezidenti ilə bağlı qalmaqal üzündən bir gecədə 35 milyard dollar itirmişdi. Tanınmış milyarderlərdən Bill Qeyts bir günə 1 mlrd dollar, Facebookun banisi Mark Zukkerberq 2 mlrd dollar, "Amazon"un qurucusu Ceff Besoz 1,7 mlrd dollar və "Zara"nın rəhbəri Amansio Orteqa 325 milyon dollar ziyan görmüşdü.
Reytinq: