ABŞ Rusiyaya qarşı cavab tədbiri hazırlayır11-08-2017, 11:48
Çap et Bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir. Nəşr qeyd edir ki, hazırda ABŞ-ın Rusiyanın üç şəhərində - Sankt Peterburq, Yekaterinburq və Vladivostokda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın isə ABŞ-ın dörd şəhərində - Nyu York, San Fransisko, Sietl və Hyustonda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın hansı baş konsulluğunun bağlanacağı barədə məlumat verilmir. Qeyd edək ki, bundan əvvəl Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəsinə qadağa qoyulub. V.Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib. Bu addımlar Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanun qəbul etməsinə cavab olaraq atılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
