ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib - Putin də 35 amerikalı diplomatı Rusiyadan qovur30-12-2016, 17:20
Çap et Bu barədə Ağ Evin məlumatında bildirilir. Fərmana əsasən, sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar və əhəmiyyətli dərəcədə artmış pisniyyətli kiberaktivliyin qarşısını almaq məqsədi ilə tətbiq edilib. Məlumata görə, sanksiyalar 6 şəxsi və Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi (BKİ) və BKİ-nin kiber əməliyyatlarını dəstəkləyən şirkətlər daxil olmaqla Rusiyanın 5 təşkilatına şamil edib. Sanksiya siyahısına BKİ rəhbəri İqor Korobov, onun birinci müavinləri Vladimir Alekseyev və İqor Kostyukov, müavini Sergey Qizunov daxil ediliblər. Siyahıya həmçinin kiber hücumlarında şübhəli bilinən Aleksey Belan və Yevgeni Boqaçov adlı şəxslər də daxil edilib. Fərmana əsasən, siyahıya daxil edilən şəxslərin ABŞ ərazisindəki əmlakı həbs olunacaq. Bundan əvvəl ABŞ-ın 17 xüsusi xidmət orqanlarından bəziləri rusiyalı hakerlərin ölkənin siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Putin 35 amerikalı diplomatı Rusiyadan qovur. Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir Putinə Rusiyada xidmət göstərən 35 ABŞ diplomatının deportasiya edilməsini təklif edib. Qərarı Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlayıb. S.Lavrov açıqlamasında adı çəkilən 35 diplomatdan 31-nin ABŞ-ın Moskvadakı səfirliyində, 4-nün isə Sankt Peterbruq konsulluğunda işlədiyini deyib. Lavrov həmçinin Moskvadakı iki binanın ABŞ diplomatları tərəfindən istifadəsinə qadağa qoyulmasını da təklif edib. Həmin binalar amerikalı diplomatların istirahəti üçün ayrılmıbmış. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
