Demo Sayt » dunya » Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi


Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi

14-08-2017, 14:26
Çap et
Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib.
Son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Təxminən minə yaxın yaşayış evinə, 27 min hektardan çox əkin yeri ziyan dəyib.
Güclü yağışlar çaylarda suyun səviyyəsinin 7 metrə qədər qalxmasına səbəb olub, onlarla ev su altında qalıb.
Meteoroloqların proqnozlarına görə, belə yağışlar vilayətdə hələ avqustun 15-ə qədər davam edəcək.
Reytinq: