Demo Sayt » dunya » Kolumbiyada 50 illik münaqişə başa çatdı


Kolumbiyada 50 illik münaqişə başa çatdı

16-08-2017, 14:22
Çap et
Kolumbiyada 50 illik münaqişə başa çatdı Kolumbiya prezidenti Xuan Manuel Santos Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (KİSQ) tam tərksilah olunduğunu və bununla da qiyamçılarla hökumət arasında 50 illik münaqişənin başa çatdığını elan edib.
Ötən gün Kolumbiyada KİSQ üzvlərinin tərksilah edilməsi prosesi ilə bağlı son tədbirlər keçirilib.
Qeyd edək ki, Kolumbiya İnqilabi Silahlı Qüvvələri yerli kommunist partiyasının hərbi qolu kimi 1964-cü ildə yaradılıb. Qruplaşmanın sıralarında 20 minədək silahlı döyüşüb. Qiyamçılarla hökumət arasında sülh danışıqları dörd il davam edib.
Reytinq: