Demo Sayt » dunya » İndoneziya prezidentinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb


İndoneziya prezidentinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

19-09-2017, 12:18
Çap et
İndoneziya prezidentinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
Ötən gün Qərbi Yava əyalətində dövlət başçısına sui-qəsdin təşkil edilməsində şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.
Üzərində partlayıcı qurğu aşkarlanan şəxs Sirebon şəhər hava limanı yaxınlığında saxlanılıb. Məlumata əsasən, şübhəli sui-qəsd cəhdini sentyabrın 19-a, prezidentin helikopter meydançasına gəlişi zamanı həyata keçirməyi planlaşdırıb.
İlkin araşdırmalara görə, saxlanılan şəxs İŞİD-lə əlaqəli yerli ekstremist özəyinin üzvüdür. Son zamanlar ölkədə baş verən terror aktlarının arxasında İŞİD-lə əlaqəli yerli qruplaşmalarının durduğu güman edilir.
Reytinq: