Demo Sayt » dunya » Rostovda alış-veriş mərkəzində güclü yanğın


Rostovda alış-veriş mərkəzində güclü yanğın

9-10-2017, 11:52
Çap et
Rostovda alış-veriş mərkəzində güclü yanğın Rusiyanın Rostov şəhərində “Temernik” bazarında güclü yanğın baş verib.
RİA Novostinin verdiyi xəbərə görə, ikimərtəbəli alış-veriş mərkəzində qeydə alınan yanğın 6 min kvadrat metr ərazini əhatə edib.
İnsident nəticəsində ölən və yaxud xəsarət alan olmayıb. Hazırda yanğın lokallaşdırılıb. Hadisə yerinə 400 canlı qüvvə və 50-dən çox texnika cəlb edilib. Yanğının səbəbləri məlum deyil.

Reytinq: