ABŞ bunu gözləmirdi - Ərdoğandan S-500 AÇIQLAMASI13-10-2017, 13:15
Çap et Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Birinci mərhələdə birgə istehsal olmayacaq, ikinci mərhələdə bu istiqamətdə addımları atacağıq. Putinlə (Rusiya prezidenti Vladimir Putin –red.) danışıqları S-400-lə bitirməyi düşünmürük, S-500-lər haqqında da müzakirələr aparacağıq. Dünyada "Patriot” (ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemi –red) artıq istifadədən çıxır”, - prezident deyib. Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib. Zenit-raket komplekslərinin çatdırılması iki il ərzində başlanacaq. S-400 "Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir.Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir. Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, "Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
