İran raketlərinin mənzilini artırmayacaq1-11-2017, 09:58
Çap et “Bizim raketlərimizin mənzilini artırmaq imkanımız var, lakin hazırkı göstərici bizi qane edir, çünki amerikalılar bizdən 2 min km radiusundadırlar və onların hücumuna biz cavab vermək iqtidarındayıq”, - deyə Məhəmməd Əli Cəfəri bildirib. Onun sözlərinə görə, hazırda İran raketlərinin mənzili “ölkənin ali lideri Əli Xameneinin siyasətinə uyğun olaraq” 2 min kilometr civarındadır. “ABŞ İrana qarşı iqtisadi sanksiyalardan və təzyiqlərdən istifadə edir, çünki hərbi münaqişənin baş verəcəyi təqdirdə İrana məğlub olacağından ehtiyatlanır”, - deyə bunu İran İnqilab Keşikçiləri Korpusunun komandanı qeyd edib. Qeyd edək ki, ABŞ ötən gün İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyalar bir qrup fiziki şəxsə və İran İnqilab Keşikçiləri Korpusunun hərbi-hava birləşməsi daxil olmaqla, bir neçə şirkət və təşkilatlara qarşı tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar ümumilikdə 41 fiziki və hüquqi şəxsi əhatə edib. Məlumatda bildirilir ki, sanksiyalar kütləvi qırğın silahlarının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
