Demo Sayt » dunya » İranda zəlzələdə ölənlərin sayı 200 nəfərə çatdı


İranda zəlzələdə ölənlərin sayı 200 nəfərə çatdı

13-11-2017, 10:05
Çap et
İranda zəlzələdə ölənlərin sayı 200 nəfərə çatdı İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda 141 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Bu barədə IRNA xəbər agentliyi xəbər verir.
Məlumata görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kermanşah və İlam vilayətlətinə düşüb.
İlam, Kermanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.
***
İranda zəlzələ nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb. Bu barədə PressTV məlumat yayıb.
Kermanşah vilayətinin qubernatoru 3 günlük matəm elan edib.
Dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.
Son 3 saat ərizndə daha 12 yeraltı təkan qeydə alınıb. Onlarla ailə öz evndən məhrum olub hazırda xilasedicilər dağıntılar altında qalanların axtarışı ilə məşğuldur.
***
Zəlzələ qurbanlarının sayı durmadan artır. Rus mətbuatı xəbər verir ki, ölü sayı artıq 200 nəfərdir.
Reytinq: