Demo Sayt » dunya » Ərdoğan: "Ey Tramp, sən neyləmək istəyirsən?"


Ərdoğan: "Ey Tramp, sən neyləmək istəyirsən?"

7-12-2017, 11:37
Çap et
Ərdoğan: "Ey Tramp, sən neyləmək istəyirsən?" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanımasına sərt təpki verib.
Yunanıstana səfər öncəsi açıqlama verən Ərdoğan Trampın qərarını sərt tənqid edib: "Ey Tramp! Sən neyləmək istəyirsən? Trampın açıqlamaları bölgəni atəş içinə salan və qarışdıran açıqlamalardır. Siyasi liderlərin vəzifəsi qarışdırmaq deyil, barışdırmaqdır. ABŞ prezidenti 1980-ci ildə BMT-nin qəbul etdiyi qətnaməni heçə sayıb".
Reytinq: