Züqanov: Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir19-12-2017, 11:57
Çap et Bunu “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib. G.Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”. Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”. O, həmçinin Rusiya-Azərbaycan-İran formatının potensialından da danışıb: “Hesab edirəm ki, Rusiya-Azərbaycan-İran formatı özünü dayanıqlı və səmərəli göstərək. Bizim bir çox istiqamətlərdə yaxşı perspektivlərimiz var. Bu, istehsalatın inkişafı, neft-qaz sənayesi və Xəzər dənizinin sərvətlərindən istifadə olunmasına aiddir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
