ABŞ Qüdsə görə QİSAS ALMAĞA BAŞLADI26-12-2017, 12:56
Çap et "Anadolu” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. "Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik”, - amerikalı diplomat bildirib. Qeyd edək ki, dekabrın 24-də BMT Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. 5,4 milyard dollarlıq büdcənin 3 milyard dollarından çox hissəsini ABŞ verir. ABŞ həmçinin BMT-nin himayəsi altında həyata keçirilən "sülhü qoruma missiyaları” üçün də əlavə vəsait ödəyir. ABŞ-ın bu addımı BMT-dən qisas almaq cəhdi kimi qiymətləndirilir. Dekabrın 22-də BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qeyri-qanuni hesab edən qətnaməni qəbul edib. Sənədin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb. Səsvermədən əvvəl isə Nikki Heyli BMT üzvlərini yardımları kəsməklə hədələmişdi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
