Putin və Ərdoğan arasında telefon danışığı olub24-01-2018, 10:06
Çap et Tərəflər Suriyadakı və Türkiyənin "Zeytun budağı" əməliyyatı apardığı Afrin bölgəsindəki vəziyyəti müzakirə ediblər. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı olub. Dövlət başçıları Suriyadakı, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlar apardığı Afrin rayonundakı vəziyyətlə bağlı bağlı fikir mübadiləsi aparıblar. Hər iki tərəfdən böhranın Suriyanın suverenliyinə hörmət və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanan həlli üçün birgə fəal işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
