Rusiyada bu şəxslər böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK - QANUN7-02-2018, 13:50
Çap et Qanuna görə, DÇ-ni canlı izləmək istəyən insanlara qanundankənar bilet satan şəxslər biletin 20-25 qatı dəyərində pul cəzası ödəyəcək. Bu isə ən az 50 000 rubl (1475 manat) civarında bir məbləğ deməkdir. Saxta bilet işi ilə məşğul olan fiziki şəxslər biletin 25-30 qatı dəyərində, təxminən 150 000 rubl (4425 manat), hüquqi şəxslər isə 500 000 rubldan (14750 manat) 1 milyon rubla qədər (29 500 manat) cərimə ödəmək məcburiyyətində qalacaq. Dünya Çempionatı ərzində saxta bilet satışı ilə məşğul olan sadə vətəndaşlar 50-70 000 rubl (1475-2000 manat) , səlahiyyətli şəxslər 150-200 000 rubl (4400-5900 manat), hüquqi şəxslər isə 1 milyon-1,5 milyon rubl (29 500-43 000 manat) məbləğində cərimə ödəyəcək. Rusiya prezidenti bu qanun layihəsini imzalamaqla DÇ-dəki bilet satışlarında qanunsuzluqların qarşısının alınması və aradan qaldırılmasını təmin etmək niyyətində olduğunu bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
