Demo Sayt » dunya » Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər


Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər

12-02-2018, 10:50
Çap et
Lavrov və Çavuşoğlu Suriya nizamlanmasını müzakirə ediblər Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi telefon danışığı zamanı Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresinin yekunları nəzərə alınmaqla Suriyadakı böhranın Astana formatında nizamlanması məsələsini müzakirə edib.
Bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresi Konstitusiya komissiyasının yaradılmasına dair qərar qəbul edib. Komissiya Cenevrədə fəaliyyət göstərəcək. İraq və digər ölkələrin nümayəndə heyətləri konqresdə müşahidəçi qismində iştirak ediblər.
Reytinq: