Demo Sayt » dunya » Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi


Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi

13-02-2018, 10:58
Çap et
Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib. Yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib.
Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib.
Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub. Təxliyə zamanı sərnişin və ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirilib.
Məlumata görə, təyyarə Los-Ancelesdən San-Xoseyə uçmalı imiş.
Reytinq: