Saakaşvili: “Məni Ukraynaya qaytarın!”13-02-2018, 18:32
Çap et Bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Varşavada keçirdiyi mətbuat konfransında deyib. “Əgər hər hansı bir şəxs dövlət çevrilişində ittiham olunursa, o, ölkədən çıxarılmır. Ağır cinayətlərdə ittiham olunan bir şəxs ölkə xaricinə buraxıla bilməz. Onlar məni mühakimə edəcəklərmi? Mən məhkəmədə necə iştirak edəcəyəm? Məni Ukraynaya qaytarın! Mən orada mühakimə olunmaq istəyirəm", - deyə Saakaşvili bildirib. O, prezident Poroşenkonun ondan qorxduğunu vurğulayıb. Qeyd edək ki, M. Saakaşvili fevralın 12-də Kiyevdəki “Suluquni" restoranında Ukrayna Miqrasiya Xidmətinin tələbi ilə saxlanıldıqdan sonra Polşaya readmissiya edilib. O, ötən ilin sentyabrında məhz Polşadan Ukraynaya daxil olmuşdu. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
