Demo Sayt » dunya » Atəşfəşanlıq 51 nəfərin həyatına son qoydu


Atəşfəşanlıq 51 nəfərin həyatına son qoydu

23-02-2018, 10:53
Çap et
Atəşfəşanlıq 51 nəfərin həyatına son qoydu Çinin müxtəlif şəhərlərində "Çuncie” (Bahar bayramı) bayramı münasibətilə keçirilən atəşfəşanlıq tədbirlərində 51 nəfər həlak olub.
Bu barədə ölkənin İctimai Təhlükəsizlik qurumu məlumat yayıb. Bildirilib ki, 51 nəfər müxtəlif cür fişənglərin və partlayıcı oyuncaqların yaratdığı yanğınlar nəticəsində ölüb. Daha 9 nəfərin də xəsarətlər aldığı bildirilib.
Qeyd edək ki, hər il bu bayramda keçirilən atəşfəşanlıqda onlarla insan həlak olur.
Reytinq: