Demo Sayt » dunya » Ərəb koalisiyası Yəməni bombaladı: 20 nəfər öldü, 40-ı yaralandı


Ərəb koalisiyası Yəməni bombaladı: 20 nəfər öldü, 40-ı yaralandı

23-04-2018, 12:59
Çap et
Ərəb koalisiyası Yəməni bombaladı: 20 nəfər öldü, 40-ı yaralandı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin şimal-şərqini bombalayıb.
Atılan mərmilər nəticəsində 20 nəfər ölüb, daha 40-ı yaralanıb.
Məlumatda deyilir ki, insident Xaca əyalətində qeydə alınıb, mərmi toy mərasiminin keçirildiyi evə düşüb.
Bundan əvvəl Yəməndə husilər Səudiyyə Ərəbistanının Cizan əyalətinin hava limanına iki raket atıb.
Reytinq: