Kanadada 17 yaşlı gənc təyyarəni gecə vaxtı sürətli avtomobil yoluna endirib4-06-2018, 10:26
Çap et Hadisə ötən gecə baş verib, lakin onun haqqında yalnız indi məlum olub. Polisin məlumatına görə, markası açıqlanmayan təyyarə gecə saatlarında Ontario vilayətinin Oşava şəhərinin hava limanından havaya qalxıb. Daha sonra 17 yaşlı pilot dispetçerə mühərrikdə yaranan nasazlıq barədə məlumat verib və nəticədə təyyarəni şossenin üzərinə endirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Göyərtəsində təkcə pilotu olan təyyarəyə ziyan dəyməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
