Türkiyədə sərnişin qatarı qəzaya düşdü - ölü sayı 24-ə çatdı9-07-2018, 12:52
Çap et Ədirnə vilayətinin Uzunkörpü rayonundan İstanbulun Halkalı stansiyasına hərəkət edən sərnişin qatarı yerli vaxtla saat 17:00 radələrində Tekirdağ vilayətinin Çorlu və Muratlı rayonları arasında relsdən çıxaraq aşıb. Hadisə zamanı qatarda 362 sərnişin və 6 ekipaj üzvü olub. İlkin məlumata əsasən 5 vaqonun aşması nəticəsində 10 nəfərin öldüyü açıqlanmışdı. Lakin iyulun 8-də səhər saatlarında səhiyyə naziri Rəcəb Akdağ ölənlərin sayının 24-ə yüksəldiyini açıqlayıb. 318 yaralı xəstəxanalara aparılıb, onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisənin səbəbi kimi leysan yağışlarının relslərin altındakı torpaq qatını yuması göstərilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
