Səudiyyə Ərəbistanının Baş prokuroru İstanbulda İrfan Fidanla yenidən bir araya gəlib30-10-2018, 17:51
Çap et Baş prokurorların ikinci görüşü də İstanbul Ədliyyə Sarayında baş tutub. Görüş təxminən 1 saat çəkib. Görüntü çəkilməsinə icazə verilməyib və görüş mətbuata kapalı keçirilib. Görüşdən sonra Səud əl-Muacib hadisənin baş verdiyi İstanbul Baş konsulluğuna gedib. Qeyd edək ki, Əl-Muacib dünən də İrfan Fidanla görüşmüşdü. Mətbuata kapalı keçirilmiş görüş 1 saat 15 dəqiqə çəkmişdi. Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi. Hadisə ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər saxlanılıb. Onların şəxsiyyəti açıqlanmır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
